Azərbaycanda erməni, fars, ingilis və rus dillərində xəbərlər yayımlayan televiziya işə başlayıb [15 dəfə oxunub]

ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlunun verdiyi məlumata əsasən Azərbaycanın ilk beynəlxalq televiziyası olan “ATV İnternational” (“ATV İnt”) bu gün saat 14.00-da fəaliyyətə başlayıb.

 Onun sözlərinə görə, “ATV İnt” müntəzəm olaraq 4 dildə - erməni, fars, ingilis və rus dillərində xəbər yayımlayacaq. Xəbər buraxılışları hər gün, gündə iki dəfə olmaqla efirə veriləcək. V. Aydınoğlu deyib ki, xəbərlər “ATV news” kimi təqdim olunacaq və aparıcısız olacaq: “Bu televiziyaya da digər Azərbaycan kanalları kimi “Türksat-3A”-da baxmaq mümkün olacaq”, - deyə V. Aydınoğlu bildirib.

http://www.dak.az/view.php?lang=az&menu=17&id=6332


فركانسى
11577
Horizontal
2590

.

نوشته شده در تاریخ جمعه 17 مهر 1388    | توسط: ائلمان ارسوی    |    | نظرات()